2014-cü ilin noyabr ayında PETA təşkilatı xüsusi araşdırma aparıb, dəri məmulatlar hazırlayan Çin fabriklərinə səfər edib.
Oxu.Az təşkilatın saytına istinadən xəbər verir ki, heyvan haqlarının müdafiəçiləri, dəri məmulatlarını hazırlamaq üçün barbar üsullardan istifadə edirlər, belə ki, onlar yarımcan itlərin dərisini soyurlar.
PETA-nın fəalları belə fabriklərdən birində olublar. Burada gündəlik olaraq 100-200 it öldürürlər, elə bu qədər də it qəfəslərdə öz faciəli sonunu gözləyir. Ümumilikdə bu fabriklərdə 30 000 it dərisi var, onlar aşılanıb və ya aşılanmaya hazırdırlar.
PETA təşkilatının nümayəndələri tədqiqat çərçivəsində itləri dəyənəklərlə öldürərək dəri əlcəyə, kəmərə, gödəkcə yaxalığına, pişiklər üçün oyuncağa və digər aksesuarlara çevirirlər.
Bu sallaqxanada tədqiqatçı itləri bir-birinin ardınca dəmir maşa ilə tutaraq, başına dəyənəklə vurduqlarını çəkib. Bəzi itlər huşunu itirərək yıxılırlar, bəziləri isə əzab içində qıvrılırdılar.
Bəziləri isə boğazları kəsildikdən belə sonra çətinliklə nəfəs alırdılar. Sallaqxanada olan, yavaş getməsi üçün döyülən digər itlər zingildəyərək öz növbələrini gözləyirdilər.