Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Pezeşkian Azərbaycana rəsmi səfərə gələcək
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, səfərin bu ay reallaşacağı ehtimal edilir.
Qeyd edək ki, bu, M.Pezeşkianın İran Prezidenti vəzifəsində Azərbaycana ilk səfəri olacaq.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev fevral ayında İrana səfəri zamanı Məsud Pezeşkianla görüşüb. H.Hacıyev görüş çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və ölkəsinə səfərə dəvətini İran Prezidentinə çatdırıb.
"Məsud Pezeşkian" teqi üzrə xəbərlər
- Məsud Pezeşkian İlham Əliyevi təbrik etdi
- İxtisasca cərrah olan İran prezidenti ürək əməliyyatı həyata keçirdi
- Araz Məmmədzadə: "Azərbaycan qonşu ölkələrdən yaşıl enerji ilə bağlı daha çox təklif alacaq"
- Deputat: "Heç kim heç bir yerdə Azərbaycana qarşı cinayət törədərək təhlükə yarada bilməz"
- Azərbaycan dövlətinin qətiyyəti və cəzasına çatan terrorçu
Ən çox oxunanlar