Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Pezeşkian: "Biz Azərbaycanla qardaş və qohumuq"
İranın Kirmanşah əyalətində iş adamları ilə görüşən İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin bölgəyə müdaxiləsini tənqid edib və qonşu ölkələrlə münasibətlərdən danışıb.
"Azad İran" "Telegram" kanalı bu barədə İran KİV-ə istinadən məlumat verib.
"Biz bölgə ölkələri ilə qardaşıq. Azərbaycan və Türkmənistanla qohumuq. Başqaları (ABŞ-ni nəzərdə tutaraq - red) bizi müharibəyə sürükləmək istəyirlər. Ancaq biz bunu etməyəcəyik", - deyə M.Pezeşkian qeyd edib.
İran prezidenti deyib ki, əgər region ölkələri birlikdə ticarət əlaqələri qura bilsələr, islam ölkələri arasında böyük ticarət bazarı, eləcə də sülh və təhlükəsizlik yarana bilərlər.
"Region başqalarına deyil, bölgə ölkələrinə məxsusdur", - deyə M.Pezeşkian vurğulayıb.
"Məsud Pezeşkian" teqi üzrə xəbərlər
- Pezeşkian hökumətin təcili iclasını keçirib
- İran ABŞ ilə danışıqların bərpası üçün şərtini açıqladı
- Ərdoğan Pezeşkian və Putinlə İsrail-İran gərginliyini müzakirə etdi
- Pezeşkian: "Nüvə silahını dəstəkləyənlərin İran siyasətində yeri yoxdur"
- Pezeşkian İsrailin hücumlarının qarşısını almaq üçün İraqa çağırış etdi