"İnsan haqlarının qorunması ilə bağlı iddialarına baxmayaraq, 2022-ci ildə ümummilli etirazlar zamanı buraxılan səhvlərə görə hökumət günahlandırılır".
"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.
Onun sözlərinə görə, böhran şəraitində idarəetmə və informasiya sistemi düzgün işləmir.
Məsud Pezeşkian vurğulayıb ki, əgər hakimiyyət etirazlara səbəb olan hadisələrlə lazımi qaydada mübarizə apara bilsəydi, bəlkə də, etirazlar olmayacaqdı.
Azad fikir adamlarının, eləcə də tənqidçilərin universitetlərdə repressiyalarla üzləşdiyini etiraf edən ölkə prezidenti əlavə edib:
"Biz onların tənqidindən narahat olmamalıyıq. Biz tənqidçilərə və etirazçılara, xüsusən də təhsilli insanlar arasında olanlara, sərbəst danışmağa imkan verməliyik".
Rəylər