Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Pezeşkiandan İranda benzin böhranı ilə bağlı xəbərdarlıq
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ölkədə yaxınlaşan benzin böhranı ilə bağlı xəbərdarlıq edib.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə o, dövlət Teleradiosu ilə canlı yayımlanan müsahibəsində danışıb.
"İranda benzin idxalına pul ödənilən zaman büdcə kəsiri yaranır, bu da inflyasiyaya səbəb olur. Nəticədə, aztəminatlı təbəqələr daha çox əziyyət çəkir", - deyə o bildirib.
Hökumət hazırda ölkədə müşahidə edilən enerji çatışmazlığı böhranını "enerji balanssızlığı" kimi qiymətləndirir.
Qeyd edək ki, Prezident Pezeşkianın açıqlaması, İran parlamentinin gələn ilin büdcəsində benzin qiymətlərinin artırılması ilə bağlı müzakirələri ilə eyni vaxta təsadüf edib.
"Məsud Pezeşkian" teqi üzrə xəbərlər
- İran prezidenti tibdə süni intellektin tətbiqini istədi: "Həkimlərə ehtiyac olmayacaq"
- İran öz proksi qüvvələrinə ABŞ və müttəfiqlərinə qarşı təxribatdan çəkinməyi əmr etdi
- İran prezidenti dilə gəldi: "İmkan verin, işləyim"
- Pezeşkianın "ustalıq" etməsi maraqla qarşılanıb
- Azərbaycanla İran arasında əməkdaşlığın gələcək inkişaf pespektivləri müzakirə olunub
Rəylər