Hüquq-mühafizə orqanı əməkdaşları “Çertanovskaya” stansiyasına düşmüş və paytaxt metropoliteninə keçmək istəyən kişini saxlayıblar.
Mənbənin sözlərinə görə, kişinin üzərində əl qumbaraatanı olub, Oxu.Az Lifenews-a istinadən xəbər verir.
“Dəmir aşkar edən çərçivə işə düşüb, əməkdaşlar axtarış aparıblar. Onun üzərində əl qumbaraatanı aşkar edilib”, - Moskvadakı hüquq-mühafizə orqanlarında olan mənbə bildirib.
İlkin dindirilmə zamanı kişi sadəcə kuryer olduğunu, apardığı yükün, bağlamada olduğu üçün nədən ibarət olduğunu bilmədiyini deyib.