Polşa höküməti başda baş nazir Yeva Kopaç olmaqla istefa verib.
Oxu.Az-ın məlumatına görə, bu barədə TVN24 kanalı məlumat yayıb.
Müvafiq qərar “Vətəndaş platforması” partiyasının 25 oktyabr parlament seçkilərində uduzmasından sonra qəbul edilib.
Polşa prezidenti Ancey Duda prezident sarayında baş nazir Yeva Kopaç ilə görüşüb.
Qeyd olunur ki, görüş zamanı Duda hökümətin rəsmi istefasını qəbul edib.