Polşa prezidenti Bronislav Komorovskinin Jeşuvedə universitetə baş çəkməsi zamanı insident baş verib. Dövlət başçısı universitetdə innovasiyalara dəstək haqqında qanun imzalayıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Polşa prezidentinin universitetə səfərinin video yazısında mərasimin başa çatmasından sonra mühafizə xidmətinin əməkdaşlarının dövlət başçısına sual vermək istəyən bir kişini yerə yıxması və ehtimal olunduğu kimi onun ağzını skotçla bağlamağa cəhd etməsi qeydə alınıb.
Daha sonra prezidentin mühafizəçiləri insidenti kameraya çəkmiş jurnalistdən çəkilişi dərhal dayandırmağı tələb ediblər.
Polşa hökumətinin mühafizə bürosunun mətbuat katibi Dariuş Aleksandroviç insidentlə bağlı reaksiyanı “arzuolunanı həqiqət kimi təqdim etmək” adlandırıb və qeyd edib ki, mühafizəçilər kişini saxlayıb, lakin onun ağzını skotçlamayıblar.