Polşanın cənubunda "Robinson R44 Raven" helikopterinin qəzaya uğraması nəticəsində 30 yaşlı pilot həyatını itirib.
Oxu.Az xəbər verir ki, "Wirtualna Polska" portalı yerli polisə istinadən məlumat yayıb.
"Axtarış qrupu helikopterin qalıqlarını sıx meşəlik ərazidə tapıb. Təəssüf ki, 30 yaşlı pilot həlak olub", - deyə polisdən verilən məlumatda bildirilib.
Qəzaya pis hava şəraitinin səbəb olduğu ehtimal edilir.
Hadisənin səbəbləri araşdırılır.