Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Pompeo Səudiyyə şahzadəsi ilə İranı müzakirə etdi
ABŞ-ın dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanının valiəhd şahzadəsi Məhəmməd bin Salman Al Səudla görüşüb.
“RİA Novosti” xəbər verir ki, bu barədə ABŞ rəsmisi özünün "Twitter" səhifəsində yazıb.
Görüşdə ərəb krallığının neft infrastrukturuna qarşı yönəldilmiş hücumlar müzakirə olunub.
Diplomatın sözlərinə görə, Amerika tərəfi Səudiyyə Ərəbistanının özünümüdafiə hüququnu dəstəkləyir.
“İran rejiminin təhlükəli davranışı yolverilməzdir”, — deyə ABŞ-ın dövlət katibi bildirib.
"İran" teqi üzrə xəbərlər
Ən çox oxunanlar