Ukraynada hərbi qarşıdurma şəraitində istənilən ehtiyatsız addım ölkə üçün taleyüklü ola bilər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko Kiyevin əsas meydanında müstəqillik gününə həsr edilmiş Birlik marşının gedişatında bəyan edib.
“Avqustun 24-ü rəsmi tarixdən ölkənin kiçik bayramına çevrilir. Biz anlamalıyıq ki, istənilən kiçik bir ehtiyatsız addım taleyüklü ola bilər. Müstəqillik uğrunda müharibə hələ davam edir, və yalnız müdafiə qüvvələrini, diplomatik təzyiqi, siyasi məsuliyyəti və möhkəm əzmi birləşdirərək qalib gəlmək olar”, - Poroşenko bəyan edib.
Birlik marşında 2,5 min hərbçi iştirak edir.