Ölkənin şərqində əsl əməliyyatlar nəhayət ki, başlayıb, biz bu kabusa son qoyacağıq.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Almaniyanın “Bild” qəzetinə açıqlamasında Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenko deyib.
P. Poroşenko bildirib ki, şərqi Ukrayna müharibə vəziyyətindədir: “Ölkəmizə qarşı əsl müharibə aparılır, biz buna reaksiya verməliyik”.
Prezident kreslosuna oturmağa hazırlaşan siyasətçi qeyd edib ki, əməliyyatın əsas məqsədlərindən biri separatçıların liderlərini yaxalamaqdır və onlar məhkəmə qarşısına çıxarılmalıdır:
“Terrorçuların bundan sonra da insanları oğurlamasına və qətlə yetirməsinə, binaları ələ keçirməsinə yol vermək olmaz”.
P. Poroşenko ordunun maddi təminatının hazırda Kiyev üçün prioritet olduğunu söyləyib.