Ukrayna prezidenti Petro Poroşenko Dövlət sərhəd xidmətinin başçısı Nikolay Litvini vəzifəsindən azad edib.
Oxu.Az ANS-ə istinadən xəbər verir ki, bununla bağlı prezidentin fərmanı bu gün axşam dövlət başçısının saytında yerləşdirilib.
“Ukrayna Dövlət sərhəd xidmətinin sədri Nikolay Mixayloviç Litvin vəzifəsindən azad edilsin”, - deyə sənəddə deyilir.
Ukrayna prezidenti digər fərmanla Xidmət rəhbərinin müavini, dövlət sərhəd mühafizəsi departamentinin direktoru Pavel Şişolini də vəzifəsindən kənarlaşdırıb.
Litvin və Şişolininin vəzifələrindən kənarlaşdırılması Ukrayna-Rusiya sərhədindəki vəziyyətlə əlaqədardir.