Ukrayna müharibə astanasındadır, lakin mən qalib gələcəyimizə əminəm.
Oxu.Az-ın UNİAN-a istinadən verdiyi məlumata görə, bu sözləri Ukrayna Milli müdafiə universitetində çıxışı zamanı ölkə prezidenti Pyotr Poroşenko bəyan edib.
O, ilk görüşünün hərbçilərlə keçirilməsinin təsadüfi olmadığını qeyd edib.
“Bu, yeni tipli müharibədir. Bu müharibədə peşəkar, diversiya qrupları, muzdlular, könüllülər və yerli əhali iştirak edir. Bu könüllülərin və yerli əhalinin beyni yaxşıca “yuyulub”, - deyə o vurğulayıb.
P.Poroşenko ötən illər ərzində Ukrayna ordusunun məqsədyönlü şəkildə məhv olunduğunu da vurğulayıb:
“Biz müharibəyə ayaq yalın, silahsız əsgərlərlə qoşulduq”.