Ukrayna prezidenti Petro Poroşenkonun oğlu deputatlığa namizədliyini verib.
Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, bu barədə danışan Poroşenko oğlu Aleksey Poroşenkonun onunla məsləhətləşmədən bu addımı atdığını deyib: “Oğlum qızğın mübarizənin gedəcəyi dairədən namizədliyini verib. Düşünürəm ki, o mənə layiq olacaq”.
Ali Radaya seçkilərin oktyabrın 26-da keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Aleksey Poroşenko Ukraynanın şərqində separatçılara qarşı aparılan hərbi əməliyyatlarda könüllü iştirak edib.