Portuqaliya səmasında qeyri-adi atmosfer hadisəsi müşahidə edilib. Bloger forması meteorit və ya alov bürümüş əli xatırladan buludları çəkib.
Oxu.Az Rosbalt-a istinadən xəbər verir ki, internet şəbəkədə buna “Tanrının əli” adını veriblər.
Meteoroqlar şəkildə lentşəkilli (bu, həm də linzaşəkilli də adlanır) buludların əks edildiyini bildiriblər. Doğan günəşin şəfəqi buludda yayılıb və onu qeyri-adi rəngə boyayıb.