Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Portuqaliyada iki təyyarə toqquşdu: Ölən və yaralanan var
Portuqaliyanın cənubundakı Beja şəhərində aviaşouda iki təyyarə toqquşub.
Məlumata görə, "Yakstars" hava akrobatika komandasına məxsus iki "Yak-52" təyyarəsi toqquşub. Onlardan biri qəza nəticəsində yerə düşüb, digəri isə təhlükəsiz şəkildə yerə enə bilib.
KİV bir nəfərin öldüyünü və bir nəfərin yaralandığını bildirib.
Portuqaliya Hərbi Hava Qüvvələri toqquşma faktını təsdiqləyib. Onlar təyyarələrin akrobatika nümayişi zamanı toqquşduğunu vurğulayıblar.
Mənbə: ntv.ru
Ən çox oxunanlar