Türkiyə prezidenti Tayyib Ərdoğan prezident vəzifəsində priroritetlərini müəyyənləşdirib: Türkiyənin Aİ daxil olması, demokratik islahatlar və kürd məsələsinin nizama salınması. Ərdoğan öz sələfi olan Abdullah Gülü fəxri dövlət mükafatı ilə təltif edərək onun əlindən – Türkiyə prezidentinin rəmzi olan qızıl ulduzu qəbul edib.
Türkiyə - parlament respublikasıdır, dövlət başçısının vəzifəsi rəmzidir. Amma Ərdoğan prezidentin rolunu gücləndirəcəyi niyyətini gizlətmir.
Oxu.Az Euronews-a istinadən xəbər verir ki, Ərdoğan seçkilər zamanı meydana gələn siyasi gərginliyi yatırmağa çalışacaq və dəfələrlə qeyd etdiyi kimi 77 milyon vətəndaşın prezidenti olmağa çalışacaq.
Tacqoyma mərasimindən sonra, Ərdoğan, müasir Türkiyənin əsasını qoyan və ilk prezidenti – Atatürkün mavzoleyinə çələng qoyub.
Ərdoğan ölkə parlamentində sədaqət andı içib. Tədbir insidentsiz ötüşməyib. Müxalifət Ərdoğanın prezident seçildiyi halda bir müddət baş nazirin səlahiyyətlərini yerinə yetirməsi ilə əlaqədar narazılığını bildirib və debat təşkil etməyə çağırıb. Parlamentin spikeri təklifi rədd edib, bunun cavabı olaraq ona kitab atılıb. Müxalifət parlamenti tərk edib.
Yaxın şərq tədqiqatları İnstitutunun direktoru və İstanbulun Mərmərə universitetinin sosiologiya və dini məslələr üzrə professoru Talip Küçükcan deyib:
“İlk dəfə olraq Türkiyədə prezident ümumxalq səsvermə yolu ilə seçilib. Bu yenilikdir. Ona görə də bunun yeni dövrün başlanğıcı adlandırmaq olar. Bu isə Türkiyənin keçid dövründə olması deməkdir. Onun müraciət etdiyi konsepsiya mövcuddur. Bu konsepsiya “Yeni Türkiyə” konsepsiyasıdır.
Onun fəal xarici siyasət aparacağını da ehtimal etmək olar. Onun seçkiqabağı kampaniyasında diqqəti cəmlədiyi müddəa mövcuddur. Bu ümumdünya ədalətidir. Biz, onun baş nazir olduğu dövrdə Qəzza bölgəsində baş verənlərdən narahtlığnın, Somalidə yoxsuluqla mübarizəsinin şahidi olmuşuq. O, qlobal ədalət və bərabərlik kimi, məqsədinə çatmaq üçün beynəlxalq ictimaiyyətə, Birləşmiş Millətlər Təşkilatına təsir etməyə çalışacaq.
“Köhnə” və “Yeni” Türkiyə arasında müəyyən fərqlər var. Və bu sadəcə ritorika deyil. “Köhnə Türkiyə”də siyasi həyatda iştirak məhdud idi, azadlıq və hüquq da məhdud idi. Bundan başqa o siyasi qeyri-sabit idi. 1990-2000-ci illərdə seçkilər hər il yarımdan bir keçirilirdi. Kütləvi informasiya vasitələri monopoliya idi. “Yeni Türkiyə” daha çox plüralizm nəzərdə tutur. Bu, bir birinin ardınca islahatların getdiyi, Aİ inteqrasiya prosesinin baş verdiyi, hərbçilərin təsirinin minimuma endirildiyi, vətəndaşların siyasi həyatda iştirakının artdığı bir Türkiyədir.
Əhməd Davudoğlu tanınmış intellektualdır. Onun baş nazir vəzifəsinə təyin edilməsinə Ədalət və bərabərlik partiyasının on iki illik hakimiyyətinin davmı kimi qiymətləndirmək lazımdır. O, partiyaya dinamiklik gətirəcək, gənc fəalları cəlb edəcək. Üç müddət seçilmə məhdudiyyəti ilə əlaqədar olaraq növbəti seçkilərdən sonra bir çox təcrübəli deputatlar parlament üzvülüyündən çıxacaqlar. Əhməd Davudoğlu bunu yaxşı bilir. Türkiyənin şüurlu idarə edilməsi ölkənin konsolidasiyası, demokratiyanın möhkəmlənməsi deməkdir. Bu həmçinin Türkiyə və Avropa İttifaqının münasibətləri ilə də əlaqədardır.