Braziliyanın Federal Polisi tərəfindən senator Flaviu Bolsonaruya pasportunu təhvil verməsi barədə sərəncam təqdim edilib və onun ölkəni tərk etməsinə qadağa qoyulduğu bildirilib.
Oxu.Az Kp.ru-ya istinadən xəbər verir ki, bu barədə siyasətçi prezident seçkisinin ikinci turundakı məğlubiyyətinin ardınca məlumat verib.
Onun sözlərinə görə, bu qərarı Ali Federal Məhkəmənin hakimi Aleşandri di Morays çıxarıb.
"Mənə bildiriş təqdim etdilər, daha sonra pasportumu təhvil verməyimi tələb etdilər. Eyni zamanda, ölkədən çıxmağıma da qadağa qoydular", - deyə Bolsonaru qeyd edib.
Senatorun sözlərinə əsasən, sənəd ona hazırda ev dustaqlığında olan atası - Braziliyanın sabiq prezidenti Jair Bolsonarunun evindən çıxarkən təqdim olunub. Flaviu Bolsonaru tətbiq edilən məhdudiyyətlərin qanuniliyini şübhə altına alaraq, bunu seçkidəki məğlubiyyətlə əlaqələndirib.
Bununla yanaşı, o, onsuz da ölkəni tərk etmək niyyətində olmadığını vurğulayıb.
"Ölkədən getmək barədə heç vaxt düşünməmişəm. Pasportumu təhvil verəcəyəm və növbəti hədə-qorxu cəhdinə qarşı özümü müdafiə edəcəyəm", - deyə siyasətçi əlavə edib.