Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Priqojin qiyamından sonra Rusiyada 13 yüksək rütbəli hərbçi dindirilib
“Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) rəhbəri Yevgeni Priqojinin qiyam cəhdindən sonra 13 yüksək rütbəli Rusiya hərbçisi dindirilib.
Məlumata görə, yoxlamalar nəticəsində 15-ə yaxın şəxs xidmətdən kənarlaşdırılıb və ya işdən çıxarılıb. Bu siyahıya Rusiyanın Ukraynadakı birləşmiş qüvvələrinə rəhbərlik edən general Sergey Surovikin, onun müavini general-polkovnik Andrey Yudin, keçmiş nazir müavini Mixail Mizintsev, hərbi kəşfiyyat rəisinin birinci müavini general-leytenant Vladimir Alekseyev də daxildir.
Surovikinin həbsdə olduğu, lakin istintaq təcridxanasında saxlanmadığı bildirilir. Ehtimal olunur ki, generalın qiyam planlarından xəbəri olub, lakin bu işdə iştirak etməyib. Surovikinə qarşı rəsmi ittiham irəli sürülməyib.
Qeyd edək ki, Rusiya Federasiyası Müdafiə Nazirliyi bu məlumatları şərh etməyib.
Mənbə: “The Wall Street Journal”
Rəylər