Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Priqojinin meyitini morqdan oğurlayıblar?
Avqustun 23-də Tver vilayətində özəl təyyarəsinin partlaması nəticəsində həlak olan “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin meyiti dünən səhərçağı regional məhkəmə-tibb ekspertizası bürosunun morquna yerləşdirilib.
Amma bir qədər sonra məlumat yayılıb ki, Priqojinin cəsədi oğurlanıb. Dəfn mərasimləri üzrə agentlik isə bu xəbəri inkar edib.
“Heç kim onu oğurlamayıb. Meyiti oradan oğurlaya bilməzlər, belə şayiələrə inanmayın”, - deyə agentlikdən bildirilib.
Tver vilayətinin Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən də meyitin morqdan oğurlanmasının mümkün olmadığı vurğulanıb.
“Axmaq şayiələrdir, bizə belə bir məlumat daxil olmayıb. Ölülərlə bağlı bütün məsələlərə İstintaq Komitəsi baxır, amma düzünü deyim ki, bizə buna görə heç kim zəng vurmur, nəsə soruşmur”, - qurumun səlahiyyətlisi deyib.
Bundan öncə “Mash” “Telegram” kanalı məlumat yaymışdı ki, telefon dələduzları müntəzəm olaraq Tver polisinə zəng edərək Priqojinin meyitinin morqdan yoxa çıxdığını deyirlər.
“Son iki gündə polis idarələrinə tez-tez zəng vuraraq guya yerli morqun patoloqoanatomlarının danışdıqları əhvalatı deyirlər. Guya həkim 20 dəqiqəlik harasa çıxıb, qayıdanda isə Priqojinin meyitinin yoxa çıxdığını görüb. Kameraları isə guya oğrular öncədən sındırıblar”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, təyyarədə Priqojinlə yanaşı, onun sağ əli Dmitri Utkin, beş sərnişin və ekipaj üzvləri olub. Fövqəladə Hallar Xidmətindən bildirilib ki, təyyarədə olanların onu da həlak olub. Onların meyitləri isə avqustun 25-i səhərçağı Tver Məhkəmə-Tibbi Ekspertiza Bürosunun morquna gətirilib.
Mənbə: msk1.ru
Rəylər