Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Priqojinin qəzaya uğrayan təyyarəsində həlak olan yeganə qadın Rusiya dövlət rəsmisinin qohumu olub - FOTO
“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin qəzaya uğrayan biznes-jetinin göyərtəsində Yemanjelinsk (Çelyabinsk vilayəti) prokurorunun müavini Yevgeni Raspopovun bacısı Kristina Raspopova da olub.
O, təyyarədə stüardessa işləyirmiş.
Əvvəllər Moskvada yaşayan Kristina daha sonra “MNT Aero” şirkətində işə düzəlib və Sankt-Peterburqa köçüb. Bundan əvvəl o, biznes aviasiyasında da çalışıb.
Uçuşdan bir neçə saat əvvəl 39 yaşlı Kristina ailəsinə bilinməyən səbəblərdən reysin gecikdiyini deyib. Uçuşdan əvvəl o, hava limanının kafesindən fotosunu yayımlayıb.
Vilayət prokurorluğunun Mətbuat Xidməti isə şərh verməkdən imtina edib.
Qeyd olunur ki, Raspopov bu il bir dəfə KİV-in diqqət mərkəzinə düşüb. O, şəhər prokurorunun vəzifələrini müvəqqəti icra edərkən Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinlə sözü çəp gəlib. Belə ki, yerli istintaq komitəsi Bastrıkinin göstərişi ilə şəhər xəstəxanasında iki kişinin ölümünə görə cinayət işi qaldırıb. Ancaq sabahı gün Raspopov bunu qanunazid hesab edərək qərardadı ləğv edib.
Mənbə: “Baza” “Telegram” kanalı
Rəylər