Tailandın Puket əyalətinin Patonq turizm zonasında motosiklet kirayəsi məntəqəsində baş verən güclü yanğın nəticəsində 11 nəfər həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Yanğın noyabrın 16-sı səhər saatlarında, içərisində motosiklet kirayəsi məntəqəsi yerləşən altımərtəbəli ticarət binasında başlayıb. Alov sürətlə qonşu tikililərə keçib. Hadisə nəticəsində 11 nəfər həlak olub", - deyə bildirilib.
Qeyd olunub ki, həlak olanlar arasında xarici turistlər yoxdur.