Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Puqaçovanın Ukraynaya kömək “hiyləsi” - FOTO
Alla Puqaçova Rusiya Federasiyasının Qryazi kəndindəki qəsrində ekskursiyaların keçirilməsinə icazə verib.
Müğənninin pərəstişkarları onun həyatını yaxından görə biləcəklər.
Biletin fotosunu “Dnevniki znamenitostey” “Telegram” kanalı dərc edib. Qeyd olunub ki, ekskursiya zamanı arzu edən hər kəs Puqaçovanın buduarlarını, əri Maksim Qalkinin otaqlarını, qarderobları və klozetləri görə biləcəklər.
Eyni zamanda biletin xeyli baha olmasına baxmayaraq, istənilən çəkiliş qadağandır. Puqaçevanın unitazına baxmaq üçün isə 10200 rubl ödəmək lazımdır.
Qeyd etmək lazımdır ki, Primadonna yığılan pulları özünə saxlamaq niyyətində deyil. Biletdə göstərilir ki, toplanan vəsait Ukraynanın birinci xanımı Elena Zelenskayanın xeyriyyə fonduna köçürüləcək.
Mənbə: UNİAN
Rəylər