Bu günlərdə 62 yaşını qeyd edən Rusiya prezidenti Vladimir Putin ad gününü necə keçirməsindən danışıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Rusiya KİV-in verdiyi məlumata görə, Putin doğum gününü Sibirdə, tayqa meşələrində qeyd etdiyini bildirib:
“Mənim həmin gün gəzinti günüm idi, dağlarda təxminən doqquz kilometr gəzdim. İndiyə kimi hər yerim ağrıyır”.
Xatırladaq ki, prezidentin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, ilk dəfə olaraq Putin doğum günündə məzuniyyət götürüb və vaxtını Sibir meşələrində keçirib.
Qeyd edək ki, Putinin doğum günündə nəinki Rusiya ərazisində, eləcə də xaricdə onlarla aksiyalar təşkil edildi.
