Rusiya prezidenti Vladimir Putin bildirib ki, Qərb ölkələri iqtisadiyyat və enerji sahəsində öz səhvlərinə görə məsuliyyəti Rusiya Federasiyasının üzərinə atmağa çalışırlar.
“Bəzi Avropa ölkələrində şirkətimiz “Qazprom”a qarşı olan kobud, qeyri-bazar tədbirləri, o cümlədən inzibati təzyiqlər nəticəsində enerji sektorunda vəziyyət pisləşir”, – deyə Rusiya lideri fikrini bildirib.
“Qazprom”un xaricdəki aktivlərinin milliləşdirilməsi cəhdlərini şərh edən Putin bu variantı “ikitərəfli silah” adlandırıb və bunun daha ağır nəticələri barədə xəbərdarlıq edib.