Rusiya prezidenti Vladimir Putin ehtiyatda olan hərbçilərin hərbi toplanışa çağırılması ilə bağlı fərman imzalayıb.
“2015-ci ildə ehtiyatda olan Rusiya Federasiyasının vətəndaşlarını iki aya qədər Rusiya Federasiyasının Silahlı Qüvvələrində, Daxili İşlər Nazirliyinin daxili qoşunlarında, dövlət mühafizəsi orqanlarında, Federal Təhlükəsizlik Xidməti orqanlarında hərbi toplanış keçmək üçün çağırılsın”, - sənəddə deyilir.
Oxu.Az xəbər verir ki, bu barədə RF-nin Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiyada ehtiyatda olan hərbçilərin hərbi hazırlığı hər il keçirilir. Ötən il hərbi toplanışlar iyulda keçirilib.
5 fevral tarixli fərman imzalandığı andan qüvvəyə minir.