Britaniyalı müğənni Elton Con İnstagram sosial şəbəkəsində bildirib ki, LGBT icmasınnı nüamyəndələrinin problemlərini müzakirə etmək üçün Putin ilə şəxsən görüşmək istədiyini bildridikdən sonra, ona Rusiyanın prezidenti Vladimir Putinin zəng etdiyini yazıb.
Oxu.Az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
Ötən istirahət günlərində britaniyalı müğənni Elton Con BBC teleradio şirkətinə verdiyi müsahibəsində Putin ilə Rusiyada LGBT icmasının nümayəndələrinin hüquqlarına dair Putin ilə danışmaq istədiyini bəyan edib. Bu ərəfədə müğənni Kiyevdə Yalta Avropa strategiyası (YES) forumunda tolerantlıq və insan haqları mövzularını qaldırıb.
“Prezident Vladimir Putinə mənimlə bu gün əlaqə saxladığı və telefon ilə danışdığı üçün təşəkkür edirəm. Sizinlə LGBT nümayəndələrinin bərabərlik məsələlərini müzakirə etmək üçün üz-üzə görüşümüzü gözləyirəm”, müğənni İnstagram profilində yazıb.
Bununla yanaşı, musiqiçi söhbətin təfərrüatlarını açıqlamayıb. Müğənninin sosial şəbəkədəki profili yoxlanılaraq təsdiqlənib.