Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Türkiyənin hazırkı rəhbərliyi ölkənin islamlaşdırılmasına məqsədyönlü dəstək göstərir, Oxu.Az TASS-a istinadən xəbər verir.
“Problem bizim dünən qarşılaşdığımız faciədə (Rusiyanın Su-24 təyyarəsi ilə bağlı insident) deyil, problem daha dərindir, - deyə, Rusiya dövlətinin başçısı jurnalistlərə bildirib.
“Biz – və yalnız biz yox, əmin edirəm, bütün dünyada bunu görürlər – müşahidə edirik ki, Türkiyənin hazırkı rəhbərliyi uzun illər ərzində ölkənin islamlaşdırılmasına dəstək üzrə kifayət qədər məqsədyönlü daxili siyasət aparır”.