Rusiya Prezidenti Vladimir Putin Moskvada gizli şəkildə maşın sürdüyünü etiraf edib.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya lideri canlı yayımda açıqlama verib.
O, çox nadir hallarda bunun baş verdiyini söyləyib.
"Moskvada gizli şəkildə maşın sürdüyümü deməzdim. Bu, baş verir, amma çox nadir hallarda olur. Sadəcə, bəzən yol polisi müşayiəti olmadan maşın sürürəm. Çox vaxt belə olur", - deyə Putin bildirib.