Rusiya iqtisadiyyatı yeni böhran dalğasına qarşı durmağa hazırdır, RF-nın hökuməti isə neftin qiymətinin kəskin ucuzlaşması da daxil olmaqla müxtəlif ssenarilər işləyir.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının prezidenti Vladimir Putin TASS-a verdiyi müsahibə zamanı bəyan edib.
Putin qeyd edib ki, böhran zamanı qlobal iqtisadi natarazlıqlar yalnız güclənir, və bu ilk növbədə inkişaf edən iqtisadiyyatlarda neqativ əksini tapır. O, qeyd edib ki, yığılmış ehtiyatlar sayəsində Rusiyanın vəziyyəti, belə ehtiyatlara malik olmayan digər ölkələrdən fərqli olaraq bir qədər əlverişlidir.
“Biz həm qızıl-valyuta, həm hökumət ehtiyatlarına çox qənaətlə yanaşmışıq. Ehtiyat yetərincə çoxdur, və bu üzərimizə götürdüyümüz sosial öhdəçilikləri dəqiq yerinə yetirəcəyimizə və bütün büdcə proseslərini, eləcə də iqtisadiyyatı təm şəkildə müəyyən edilmiş çərçivələrdə saxlaya biləcəyimizə dair əminlik yaradır”, - o bildirib.
Oktyabrın ortasında Putin dünya iqtisadiyyatının neftin qiymətini bir barel üçün 80 dollar səviyyəsində davam gətirə bilməyəcəyinə dair fikir söyləmişdi.
O, həmçinin əminliklə bildirmişdi ki, neftin qiyməti tez bir zaman ərzində sabitləşəcək, belə ki, bazar iştirakçılarının heç biri neftin qiymətini 80 dollardan aşağı enməsində maraqlı deyil.