Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bir sıra KİV-in prezident Vladimir Putinin xəstə olması barədə xəbərlərini təkzib edib, Oxu.Az TASS-a istinadən xəbər verir.
“Gözləməsinlər, onların dili qurusun, hər şey qaydasındadır”, - Peskov bildirib.
Qeyd edək ki, bu gün bəzi KİV Rusiya prezidenti Vladimir Putinin ağır xəstə olması və onun üç il ömrünün qaldığını yazmışdılar.
A.İ.
www.oxu.az