Vladimir Putin əmək mühacirlərinin ümumi rus dili biliklərinə dair icbari imtahan vermələri haqqında qanun imzalayıb.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu haqda RF prezidentinin saytında məlumat verilib.
Yalnız sovet təhsili aldığına dair attestatı olan (attestat 1991-ci il sentyabr ayına qədər verilməlidir) yüksək ixtisaslı mütəxəssislər və xaricilər istisnalıq təşkil edir.
Bütün qalan mühacirlərə yaşayış, patent, müvəqqəti yaşayış üçün icazə alınan zaman imtahandan keçərək rus dili, Rusiya tarixi və qanunvericilik əsasları biliklərini təsdiqləməlidirlər.
Xarici vətəndaşların biliklərini təsdiqləyən sənəd, təhsil haqqında dövlət sertifikatı olacaq. Sertifikatı Rusiya ərazisində və ya onun hüdudlarından kənarda yerləşən rus dili, tarix və qanunvericilik əsaslarına dair biliklərin yoxlanması üzrə imtahan keçirən təhsil müəssisələri təqdim edəcək.
Verilən sənədlər haqqında məlumat “Təhsil və ya kvalifikasiya haqqında sənədlər, tədris haqqında sənədlər federal reyestri”nə daxil ediləcək. Sertifikat beş il müddətinə etibarlıdır. Müddət bitdikdən sonra yenidən sertifikat almaq lazımdır.