Uzaq Şərqin inkişafı Rusiyanın XXI əsrdə əsas milli prioritedir.
Oxu.Az-ın Gazeta.ru-ya istinadən məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin “Dananqda ХХV APEC (Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı) sammiti: birlikdə rifaha və inkişafa doğru” adlı məqaləsində yazıb.
“Söhbət regionda “inkişaf əraziləri”nin yaradılması, təbii sərvətlərin miqyaslı istifadəsi və aparıcı yüksək texnoloji sahələrə dəstək, insan kapitalı, təhsil və səhiyyə sahələrinə investisiyalar, həmçinin rəqabətli elmi-tədqiqat mərkəzlərinin yaradılmasından gedir”, - məqalədə bildirilir.
S.B.
www.oxu.az