Rusiya prezidenti Vladimir Putin Ukraynanın əsas faciəsini dilə gətirdi, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
“Bu, Ukrayna və Rusiya xalqlarının yadlaşmasıdır. Ən böyük faciə budur. Və əlbəttə ki, bu gün mövcud olan problemlərlə yanaşı bu vəziyyəti dəf etməyin yollarını axtarmaq lazımdır”, - deyə, Putin insan haqları üzrə prezident müşavirəsinin üzvləri ilə görüşdə bildirib.