Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasına senatın RF Silahlı qüvvələrinin Ukrayna ərazisində istifadə edilməsi barədə 1 mart tarixli qərarının ləğv edilməsinə dair xahişlə müraciət edib.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, dövlət başçısının mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, müvafiq məktub Parlamentin ali palatasının sədri Valentina Matvienkonun adına göndərilib. Sənəddə bu addımın Ukraynanın şərq regionlarında şəraitin normal hala gətirilməsi və tənzimlənməsi üçün, eləcə də bu məsələ üzrə üçtərəfli danışıqların başlanması ilə əlaqədar labüddür.
Ali palatanın beynəlxalq işlər üzrə komitə rəhbərinin müavini Andrey Klimovun dediyinə görə, iyun ayının 25-də keçirilən iclasda Federasiya Şurası RF Silahlı qüvvələrinin Ukrayna ərazisində istifadəsinə razılığı ləğv edəcək.
Federasiya Şurasının 1 mart qərarı RF prezidentinin müraciəti ilə qəbul edilib və Rusiya dövlət başçısına Ukraynada RF vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə və ictimai-siyasi vəziyyətin tənzimlənməsi üçün ordudan istifadəyə icazə verirdi.
İyun ayının 23-də Doneskdə Ukraynanın cənubi-şərqində vəziyyətin tənzimlənməsinə dair ilkin danışıqlar aparılıb. Bu danışıqlarda ilk dəfə olaraq rəsmi Kiyevin və özünü respublika elan etmiş Donesk və Luqanks xalq respublikalarının, eləcə də Rusiya və ATƏT-in nümayəndələri iştirak edib. Hələ ki, yalnız iyunun 27-ə qədər atəşkəs barədə razılığa gəlinib.