Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putin və Nursultan Nazarbayev Xəzər dənizinin şimal hissəsinin dibinin sərhədləndirilməsi haqqında sənəd imzalayıblar, Oxu.Az RİA “Novosti”yə istinadən xəbər verir.
Sənəd ölkələr arasında 1998-ci ildə bağlanmış dənizin dibinin sərhədlənməsinə dair saziş protokoluna dəyişiklik edir.
Saziş “Mərkəzi” neft strukturunun müştərək işlənməsini tənzimləyir.