İtaliyanın baş naziri Matteo Rensi Milanda keçirilən, iştirakçıları sırasında Rusiya və Ukrayna prezidentlərinin olduğu işgüzar səhər yeməyinin nəticələrindən razı qalıb, Oxu.Az BBC-yə istinadən xəbər verir.
“Biz Ukrayna üzrə müzakirələrdə mühüm addım atdıq. Rusiyanı beynəlxalq problemlərin həllinə cəlb etməyi vacib hesab edirik”- TASS Rensinin sözlərindən sitat gətirib.
Vladimir Putin və Almaniyanın kansleri Angela Merkelin axşam görüşündən sonra Kreml tərəflər arasında Ukrayna böhranına dair ciddi fikir ayrılığının olduğunu xəbər verib.
14:21
Milanda “Asiya-Avropa” forumunun 10-cu Sammiti çərçivəsində, Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Petr Poroşenkonun iştirakı ilə iş görüşü başlayıb.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, görüş İtaliyanın baş naziri Matteo Rensi tərəfindən təşkil edilib, görüşdə həmçinin Böyük Britaniyanın baş naziri Devid Kemeron, Almaniyanın kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və Aİ-nin yüksək vəzifəli məmurları Joze Manuel Barrozu və Hervan van Rompey iştirak edib.
Görüş ərəfəsində Putin Angela Merkel ilə görüşüb. Kremlin saytında qeyd edildiyi kimi, tərəflər arasında “Ukraynadaxili münaqişə genezisinə və hal-hazırda baş verənlərin səbəbinə dair ciddi fikir ayrılığı mövcuddur”.