Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp telefon danışığı aparıblar. Rusiya lideri jurnalistlərə açıqlamasında söhbətin iki saatdan çox davam etdiyini bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə RBK məlumat yayıb.
Məlumata görə, Putin Ağ Ev rəhbəri ilə telefon danışığını "Sirius" Təhsil Mərkəzinin ərazisində yerləşən musiqi məktəbinin binasından həyata keçirib.
Qeyd edək ki, bu, Donald Trampın prezident kimi fəaliyyətə başlamasından bəri onunla Vladimir Putin arasında baş tutan üçüncü telefon danışığıdır.
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi Ağ Evin rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, söhbət başa çatdıqdan sonra Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə də telefon danışığı aparacaq.