Rusiya prezidenti Vladimir Putinin təyyarəsi Sankt-Peterburqda enib.
Oxu.Az-ın məlumatına görə, bu barədə fontanka.ru saytı təyyarələrin izlənməsi xidmətinin məlumatına istinadən xəbər verir.
Prezident aviaparkının RA-64504 bort saylı Tu-204 təyyarəsi martın 16-da günorta Pulkovo aeroportunda enib.
Sankt-Peterburqda Rusiya lideri Qırğızıstan prezidenti Almazbek Atambayevlə görüşəcək. Görüş, gözlənildiyi kimi Konstantinov sarayında baş tutacaq.
Qeyd edək ki, Vladimir Putin martın 5-dən etibarən ictimaiyyət qarşısına çıxmayıb.