Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Putinin yaxın adamının oğlu öldü
Rusiyanın Dojd telekanalının mənbələri prezident Vladimir Putinin administrasiyasının rəhbəri Sergey İvanovun oğlunun bədbəxt hadisə nəticəsində öldüyünü təsdiqləyiblər, Oxu.Az xəbər verir.
Aleksandr İvanov Rusiya “Vneşekonombank”ının (VEB) İdarə Heyətinin sədr müavini olub.
Bankdan bu məlumatı rəsmi şəkildə şərh etməsələr də, Dojd telekanalının məlumatına görə, artıq bu gün, noyabrın 5-də VEB Aleksandr İvanovun öldüyünü təsdiqləyən bəyanatla çıxış edəcək.
Bazar günü, noyabrın 2-də LiveJournal-dakı Kado4nikov bloqunda Aleksandr İvanovun Birləşmiş Ərəb Əmirliklərində boğulması barədə informasiya epyda oldu. Sonradan bu məlumat silinsə də, axtarış servislərinin yaddaşında qalmışdı. Dojd Rusiyanın BƏƏ-dəki səfirliyindən məsələ ilə bağlı şərh ala bilməyib.
Aleksandr İvanov 1977-ci il martın 18-də Moskvada anadan olub, onun 37 yaşı var idi.
O, “Dünya iqtisadiyyatı” ixtisası üzrə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu və Maliyyə akademiyasını bitirib. Əvvəlcə VTB bankında, 2007-ci ildən isə VEB-də işləyib. O, 2012-ci ildən VEB-in İdarə Heyəti sədrinin müavini və İdarə Heyətinin üzvü vəzifəsini tutub.
"Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)" teqi üzrə xəbərlər
- Ağ Ev: "BƏƏ ABŞ iqtisadiyyatına 1,4 trilyon dollar yatıracaq"
- Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutdu
- Altı il həbs cəzası verilən futbolçu İSLAMI QƏBUL ETDİ
- Ölkə ərazisində qanunsuz ov edən ərəblər SAXLANILDILAR
- Zelenski Rusiya-ABŞ danışıqlarından sonra Ər-Riyada getməkdən imtina edib