Rusiya prezidenti Vladimir Putin Suriyada rusiyalı hərbçilərə təhlükə törədən qüvvələri məhv etməyə göstəriş verib, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
“Sərt addımlar atmağı əmr edirəm. Rusiyanın hərbi qruplaşmasına, yaxud yerüstü infrastrukturumuz üçün təhlükə olan istənilən hədəflər dərhal məhv edilməlidir”, - dekabrın 11-də Rusiya Müdafiə Nazirliyi Kollegiyasının iclasında çıxış edən V.Putin bəyan edib.
V.Putin Suriyada rusiyalı hərbçilərə qarşı təxribatlar planlaşdıranlara xəbərdarlıq edib:
“Artıq biz tərəfdən əlavə təhlükəsizlik tədbirləri görülüb. Aviabazamız yeni təyyarələr və hava hücumundan müdafiə sistemləri ilə möhkəmləndirilib”.