Türkiyənin Adana şəhərində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Qaratəpə Açıq Hava Muzeyinə avtobusla edilən gəzinti faciə ilə yekunlaşıb.
İHA-nın məlumatına görə, sürücünün idarəetməni itirməsi nəticəsində avtobus aşıb. Nəqliyyat vasitəsində olan 40 nəfər yaralanıb.
Yaralılar hadisə yerindən müxtəlif xəstəxanalara aparılıb.