Hazırda ailəsilə birlikdə İsraildə olan rusiyalı şoumen Maksim Qalkin ölüm cinayətilə bağlı yerli polis idarəsinə aparılması və dindirilməsi faktını təkzib edib.
Aktyor “Facebook”dakı müraciətində Rusiya KİV-ini ölkə rəhbərliyinin sifarişilə onun barəsində yalan informasiya yaymaqda ittiham edib.
Qalkin hazırda özünün, həyat yoldaşı Alla Pupqaçovanın və övladlarının olduqca rahat və xoşbəxt həyat yaşadıqlarını, bütün işlərinin qaydasında getdiyini bildirib.
17:54
Rusiyalı şoumen Maksim Qalkin sahildə dostunun ölümü ilə bağlı yerli İsrail polis idarəsinə aparılıb və dindirilib. O, ölən insanı sağ olaraq görən sonuncu şahid ola bilər.
Fevralın sonunda Qalkin həyat yoldaşı Alla Puqaçova və uşaqları ilə birlikdə İsrailə uçub. Ancaq çimərlik tətilindən zövq alan, köhnə tanışları və dostları ilə gözəl vaxt keçirən ulduz ailəsinin İsrailə gedişi bu yaxınlarda faciəli hadisənin kölgəsində qalıb.
Sənətçinin qonşuları “StarHit” portalına müsahibələrində qeyd ediblər ki, guya şoumen bir insanın ölümü ilə bağlı məsələdə əsas şahid olub.
“Qalkin sahildə dostu ilə birlikdə olub və bir müddət sonra dostu dənizdə çimərkən naməlum səbəblərdən boğulub. Maksim ölən insanı sağ-salamat görən son şahidlərdən biridir. Buna görə də o, ifadə vermək üçün yerli idarəyə aparılıb”, – deyə mənbədə qeyd olunur.
Hazırda hüquq-mühafizə orqanları hadisənin başvermə şərtlərini araşdırır. Vəkil Aleksandr Karabanov qeyd edib ki, əgər mərhum həqiqətən də ölümündən bir qədər əvvəl Qalkinlə ünsiyyətdə olubsa, şoumenin nəinki dindirilməsi, hətta hadisə tam olaraq araşdırılıb aydınlıq gətirilənə qədər həbsdə saxlanması da mümkündür.
Mənbə: Rambler.ru