Rusiyalı yumorist Maksim Qalkin İstanbuldakı konserti üçün aldığı bütün qonorarı Türkiyənin Kahramanmaraş bölgəsində baş verən dağıdıcı zəlzələdən zərərçəkənlərə yardım məqsədilə bağışlayacaq.
Sənətçi bu barədə “Instagram” səhifəsində məlumat verib.
Onun sözlərinə görə, onminlərlə insanın həyatına son qoyan faciə ilə əlaqədar fevralın 14-nə planlaşdırılan İstanbul şousunun aprelə təxirə salınması qərara alınıb.
“Türkiyə xalqına ən səmimi başsağlığımı bildirirəm. Qərara gəldim ki, İstanbuldakı konsert üçün alacağım qonorarı bütövlükdə zərərçəkənlərə yardım fonduna köçürüm”, - deyən M.Qalkin yaxın vaxtlarda konsertin keçirilməsini yersiz adlandırıb.
“Konsert 27 aprelə təyin edilib. Əvvəllər alınmış bütün biletlər etibarlıdır. İndi bütün dünya səninlədir, Türkiyə!” - yumorist deyib.
Посмотреть эту публикацию в InstagramƏn çox oxunanlarDigər xəbərlər
Rəylər