Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Qara dəniz sahillərində mina həyəcanı: Türkiyə hərəkətə keçdi
Ukraynanın Odessa sahillərində Rusiya hərbi gəmilərinə qarşı yerləşdirdiyi iddia edilən minalar Qara dənizdə fırtına nəticəsində lövbərlərindən uzaqlaşaraq Türkiyə sahilləri üçün də təhlükə yaradıb.
Türkiyə Hərbi Dəniz Qüvvələri gəmiləri xəbərdar edərək və sürüklənən minalara qarşı diqqətli olmağı xahiş edərək NAVTEX (dənizçilərə xəbərdarlıq) yayımlayıb.
Rusiya Sovet İttifaqı zamanından qalan “YM” və “YRM” tipli minaların Qərbi Qara dəniz regionunda intensiv ticarət dəniz yollarında olduğunu bildirərək rəsmi Kiyevi bunda ittiham edib. Digər tərəfdən, Ukrayna tərəfi Rusiyanın Qara dəniz sularında bütün ticarətin qarşısını almaq üçün mina tələsi qurduğunu iddia edib.
Kiyev administrasiyasının bildirdiyinə görə, Rusiya tərəfi Qərbi Qara dəniz akvatoriyasına yüzlərlə mina yerləşdirməklə günahı Ukraynanın üzərinə yıxmaq niyyətindədir.
Mənbə: Hürriyet
"Türkiyə" teqi üzrə xəbərlər
- Yücel Karauz: "Bir ölkəyə dəstəyini göstərmək üçün orada hərbi baza qurmaq dövrü geridə qalıb"
- Ərdoğanın Suriyanın paytaxtı Dəməşqə edəcəyi səfərin PƏRDƏARXASI MƏQAMLARI
- Türkiyə vətəndaşı Azərbaycanda öldü
- Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salınıb
- Ərdoğan: "Suriyanı tək qoymayacağıq, Hakan Fidan tezliklə Suriyaya yollanacaq"
Rəylər