Liberiya bayrağı altında üzən və neft daşıyan tankerə Qara dəniz sahillərində pilotsuz katerlərlə hücum edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, nazir Andrey Nikitin tankerə hücumun nəticələrinin aradan qaldırılması üzrə qərargahın iclasını keçirib.
Nəqliyyat Nazirliyindən bildirilib ki, Hindistan vətəndaşlarından ibarət 23 nəfərlik ekipaj xilas edilib. İlkin məlumata görə, xəsarət alan yoxdur.
Rusiyanın Soçi şəhəri sahillərində, Qara dənizin akvatoriyasında yanacaq tankerində yanğın baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Təsdiqlənməmiş məlumata görə, hadisəyə pilotsuz katerlərin hücumu səbəb ola bilər.
Hazırda qurumlardan hadisə ilə bağlı rəsmi açıqlama və təfərrüat daxil olmayıb.
"MarineTraffic" qlobal dəniz naviqasiyası və analitika platformasının məlumatına görə, gəmi bir neçə gündür sahil yaxınlığında saya oturub.
"Mash" "Telegram" kanalının yazdığına görə, gəminin kapitanı 23 ekipaj üzvünün təxliyə edilməsini istəməyə vaxt tapıb. Tanker Novorossiyskdən Hindistana xam neft daşıyırdı və demək olar ki, tam yüklü vəziyyətdə idi.