36 yaşlı Pavel B. Rusiyada 10 yaşlı qızı oğurladığına görə həbs edilib, o daha öncə arvadını döydüyü üçün mühakimə edilib.
Oxu.Az LifeNews-a istinadən xəbər verir ki, Qatçinadakı hadisəyə qədər Peterburqdan olan qaynaqçı arvadını döydüyü üçün mühakimə edilib.
Arvadına xəsarət yetirdiyi üçün ona şərti cəza verilmişdi. Bundan başqa, Pavel B. basqına görə də məsuliyyətə cəlb edilmişdi.
Məlumdur ki, hal-hazırda o, arvadından ayrılıb, onun 14 yaşlı qızı var. Uşaq anası ilə yaşayır.
Özgə uşağa Pavel B. iyulun 29-da hücum edib. O zaman məlum olub ki, Qatçinada 10 yaşlı qız axşam gəzintisindən evə qayıtmayıb. Valideynlər özləri onu tapa bilmədikləri üçün polisə müraciət ediblər.
Uşağı tapmaqda hüquq mühafizə orqanlarına Qatçinanın ayıq-sayıq sakinləri yardım edib. Videokadrlarda uşağın mühafizəçi formasında olan kişinin müşayiəti ilə getdiyi görünür.
Daha sonra məlum olub ki, uşağı oğurlayanın mühafizəyə və ya hüquq-mühafizə orqanlarına heç bir aidiyyatı yoxdur. Onun “Severobeton” DBM-da (Dəmir beton məmulatları) işlədiyi və daha öncə basqına görə mühakimə edildiyi müəyyənləşdirilib. Qatçina şəhər məhkəməsi iyulun 31-də 36 yaşlı Pavel B.-nı 2 ay müddətinə həbs edib.
Daha sonra müstəntiqlə ünsiyyət zamanı oğurladığı uşağı zorladığını etiraf edib. İfadələr qızı müayinə edən tibb işçiləri tərəfindən təsdiq edilib. Saxlanılan şəxsə qarşı “seksual xarakterli zorakılıq hərəkətləri” maddəsi üzrə cinayət işi açılıb.
E.Ə.
www.oxu.az