Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Qazaxıstan AZAL-ın qəzaya uğrayan təyyarəsinin qara qutularını Braziliyaya göndərib
Aviasiya hadisəsini araşdıran komissiya Braziliyaya yola düşüb. Qara qutular Braziliyanın Aviasiya Hadisələrinin Araşdırılması və Qarşısının Alınması Mərkəzinə (CENIPA) çatdırılacaq.
Oxu.Az-ın məlumatına görə, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib.
Daha əvvəl bildirilib ki, Çikaqo Konvensiyasının 13-cü Əlavəsinin standartlarına uyğun olaraq, araşdırmanı aparan dövlət uçuş məlumat qeydedicilərinin oxunmasını təmin edir və qara qutuların oxunması və deşifrə edilməsi üçün ölkə seçimi barədə qərar qəbul edir.
Qazaxıstan bu konvensiyanı 1992-ci ildə ratifikasiya edib və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) üzvüdür.
Qəza yerində hər iki qara qutu tapılıb.
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-ın sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- Astana AZAL-a məxsus təyyarə qəzasının tam araşdırılması üçün ICAO ilə əməkdaşlığı davam etdirəcək
- Aktaudakı təyyarə qəzasında həlak olmuş ekipaj üzvlərinin əşyaları Tarix Muzeyinə verilib
- Rusiya şirkəti AZAL-ın qəzaya uğramış təyyarəsinə görə sığorta ödənişini edib
- Əli Əsədov AZAL təyyarəsinin qəzasının araşdırılmasında köməyə görə Oljas Bektenova təşəkkür edib
- Qazaxıstan Aktauda baş verən təyyarə qəzasını obyektiv araşdırmağa çağırır