Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Qazaxıstan dövlət gerbini dəyişməyə hazırlaşır
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin yeni dövlət gerbinin hazırlanması üçün müsabiqə elan etməyi təklif edib.
O bu barədə Qazaxıstanda keçirilən milli qurultayda çıxışı zamanı deyib.
“Dövlət gerbi ilə bağlı mütəxəssislərin, bununla maraqlanan vətəndaşların, o cümlədən gənclərin əsaslı arqumentlərinin nəzərə alınmasını məqsədəuyğun hesab edirəm”, - deyə K.J.Tokayev bildirib.
Qazaxıstan Prezidenti vurğulayıb ki, hazırda mövcud olan Qazaxıstanın gerbinin qavranılması çox çətindir, onda eklektizmin və sovet dövrünün əlamətləri var.
Mənbə: Akorda.kz
Ən çox oxunanlar
Rəylər